Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır.
ONN media xəbər verir ki, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində, digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir.
Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.
Ümumiyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.
Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.
Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “kütləvi çıxarış” və "mobil ofis" kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.
Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.



İpotekanın dövlət qeydiyyatı necə həyata keçirilir?
Daşınmaz əmlaka "kupça" almaq istəyənlərin nəzərinə!
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Ceyranbatan sakinlərinin DİQQƏTİNƏ
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən YENİLİK
Azərbaycanda daha 9 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 41 dövlət əmlakı hərraca çıxarılacaq
Bu sənədlərin verilməsi elektronlaşdırıldı
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Yevlax və Hacıqabuldakı müəssisələr özəlləşdirildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 