ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 2 (iki) inspektor və 1 (bir) inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir.
İnspektor vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır;
İnspektor-tərcüməçi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
* əmək kitabçası (olanlar üçün).
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012)-590-97-52; (012)-590-93-27.



Nazirlik vakansiya elan etdi - SİYAHI
DİQQƏT- Vakansiya var
Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
Daxili İşlər Nazirliyi vakansiya elan etdi
İş axtaranların nəzərinə - VAKANSİYA VAR
DİN bu vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
İş axtaranlırın nəzərinə!
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Polis olmaq istəyənlərə ŞAD XƏBƏR
Daxili İşlər Nazirliyi müsabiqə elan edir
Xidmətə qəbulla əlaqədar müsabiqə
DİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 