ONN media Ədliyyə Nazirliyi Mətbuat xidmətindən aldığı məlumata əsasən bildirir ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasına, ədliyyə orqanlarına qulluğa qəbul üzrə mart ayının 1-dən etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı artıq 600-ə yaxın namizəd ərizə təqdim edib.
Komissiya tərəfindən ərizə qəbulunun aprel ayının 16-da başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında ənənəvi ödənişsiz hazırlıq kursunun başlanılması qərara alınıb.
Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcəkdir.
İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.



Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsahibə elan edilir
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı bu tarixdə keçiriləcək - FOTO
Ədliyyə Nazirliyi müsabiqə elan etdi
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Ədliyyə orqanlarına imtahan keçirildi
Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub
Azərbaycanda 25 nəfər ədliyyə orqanlarından xaric edilib
Müəllimlərin işə qəbulu imtahanları başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 