ONN media bildirir ki, İyunun 5-də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib.
Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Qeyd edilib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.
Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinn 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.
Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: “Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır”.
Vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.
M.Cabbarovun sözlərinə görə, vergi yoxlamalarının sayı ilə keyfiyyəti arasında əlaqə fərqli şəkildə qurulmalıdır. Bu ilin ilk 4 ayında Vergilər Nazirtliyi tərəfindən keçirilən səyyar vergi yoxlamalarının dinamikasına əsasən, onların sayı ötən ilin müvafiq dövrünə nisbətən 40% azalıb və bu siyasət davam etdiriləcəkdir.
Vergilər naziri biznes nümayəndələrinə və onların ictimai təşkilatlarına müraciət edərək vergi sahəsi ilə bağlı bütün təkliflərini Vergilər Nazirliyinə ünvanlamağa çağırıb.



Mikayıl Cabbarov vergi qanunvericiliyində ediləcək dəyişiklikləri açıqladı
Nazir: "Vergi yoxlamalarının sayı azaldılacaq"
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Sahibkarlığın vergi yükü azaldılacaq
Dövlət Vergi Xidməti yeni strategiya hazırladı
Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişiklikləri acıqlayacaq
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirildi
Nazirin vergi məmurları haqqında sərt çıxışı
Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Mikayıl Cabbarov Lissabonda keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammitində iştirak edib
Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 