Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən ONN media xəbər verir ki, Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə müşavirə, seminar və təlim kursları keçirilir.
Bununla əlaqədar tərtib olunmuş qrafik üzrə Aparatın Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağiyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin dosenti Xaliq Xəlilov, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və “Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət mütəxəssis qrupu Zərdab və Ağcəbədi rayonlarında pambıq istehsalçıları və fermerlər üçün təlimlər keçiblər.
Təlimdə pambıq istehsalçılarına nəzərdə tutulan tədbirlər çərçivəsində pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətdə vacib marifləndirmə işləri aparılıb.
Təlimdə həmçinin, yerli mexanizatorlara kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməsi qaydaları tarla şəraitində əyani şəkildə göstərilib, fermerlərin sualları ətraflı şəkildə cavablandırılaraq mövzu ətrafında diskussiyalar aparılıb.
Bununla yanaşı Zərdab rayonunda da barama istehsalı ilə məşğul olan vətəndaşlarla görüş təşkil edilib, baramaçılığın inkişafı ilə əlaqədar onlara müvafiq tövsiyələr verilib



Pambıqçılıqla bağlı təlimlər davam edir
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Pambıqçılıqla bağlı təlimlər davam edir
İnam Kərimov Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Nazirliyə yeni aparat rəhbəri təyin edildi
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Bu instituta direktor axtarılır
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 