Son vaxtlar, az qala, bütün Qərb təşkilatları, qurumları Qarabağda mədəni irsə hörmət etməklə bağlı çağırış edir və qəribədir ki, bu tövsiyənin əsas istiqaməti Azərbaycan olur. Lakin Qaregin Njde kimi faşistə, insanlıq qatilinə heykəl qoyulmasına susurlar. ONN media xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş Qaregin Njdeyə heykəl qoyulması haqda danışarkən deyib. Politoloq qeyd edib ki, Njdenin əli təkcə türk xalqının deyil, həm də öz xalqının qanına batıb: “Məsələ ondadır ki, bu gün ”erməni soyqırımı” kimi təqdim edilən hadisənin əsas təşkilatçısı məhz Njdedir. Ermənilər Osmanlı imperiyasında bir vaxtlar ən sadiq xalq hesab edilirdi. Lakin 19-cu əsrdə digər xalqlar kimi, ermənilər də Osmanlıdan qopub, özlərinə qondarma dövlət yaratmaq xülyalarına düşdülər. Qərb ölkələri serblər, bolqarlar, yunanlardan fərqli olaraq, ermənilərə diqqət etmirdi. Səbəb də onların Osmanlıya sadiq olduğunu düşünmələri idi. Məhz buna görə Njde və onun kimi terrorçular həm Anadolu və Qafqazda türkləri qıraraq onların qəzəbini qazanmaq, həm də türk əsgərlərinin cildinə girərək öz xalqını qətl edib, ermənilərdə türklərə nifrət yaratmaq istəyirdilər. Nəticədə istədikləri oldu. Dünyaya isə bunu Osmanlının ermənilərə soyqırımı kimi təqdim etdilər. Halbuki soyqırıma məruz qalan tərəf türk xalqı idi”. Politoloqun sözlərinə görə, Qaregin Njdenin heykəli dərhal sökülməlidir: “Qarabağda onun heykəlini ucaldanlar faşist təfəkkürünün davamçıları olan neofaşistlərdir. Hitlerin tabeliyində olan, faşist legionlarında canla-başla xidmət edən Njde bir çox işgəncə üsullarını faşistlərə öyrədən şəxsdir”. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bildirib ki, Azərbaycan Ordusunun o heykəli raketlə vurub dağıtmaq hüququ var: “Hesab edirəm ki, Azərbaycan ordusu bu hüququndan istifadə etməli və bu faşist heykəlini dərhal darmadağın etməlidir”.(axar.az)
Ordumuz bu heykəli raketlə vurmalıdır – Professor



Xocavənddə erməni faşist Qaregin Njdeyə qoyulan heykəl söküldü
İrəvanda qarşıdurma: Xalq Nikolun acizliyinə etiraz edir
Rusiya erməniləri ifşa etdi, qadağa qoyuldu - ARXİV SƏNƏD AÇILDI
Qəbul etmirik, boş sözdür: bu qədər bəsit... - MƏNSİMOV
Xan Xoyskini kim qətlə yetirib?- MM-dən Nikola cavab
Ermənistan lidersiz qalıb - Şarmazanov
"Qəbirlərimizi sökdük ki, Türklərə qalmasın"- ŞOK AÇIQLAMA
Njdenin Rusiyadakı xatirə lövhəsi tam söküldü
Paşinyan Njdenin heykəlinin sökülməsini tapşırıb?
Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Şərh
“Ermənilər buna görə cavab verməlidirlər” - Ərdoğanın baş müşaviri
KTMT Qaragölü müzakirə edəcək: nə gözlənilir? - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 