14 iyun 2018-ci il, Bakı - Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının “Global ATM Summit” ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.
“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.
2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış “CANSO: Fit for the Future of ATM” proqramın təsdiq edilməsi olacaq.
Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilmişdir. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə keçiriləcək.
CANSO ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.
Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür.
“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.



AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir
Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdı
Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilir
AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir
“Azəraeronaviqasiya” “AIM”i tətbiq etmişdir
AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər
AZAL-ın "Qarabağ" təyyarəsi Füzuli hava limanına endi
“Ekspo 2025”: Bakı növbəti mərhələyə adladı - VİDEO
Dünyanın gözlədiyi G20 sammiti başladı
Bu ölkə Azərbaycan üçün hava məkanını bağlayacaq?
Bakıda Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyasının iclası keçirilmişdir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 