Oktyabrın 9-da “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşinin (Kornél Szepessy) başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Azərbaycanda aeronaviqasiya sisteminin fəal inkişafı və innovasiya texnologiyalarının tətbiqini müşahidə edən Avropanın aeronaviqasiya xidməti strukturları AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ilə əməkdaşlığa maraq göstərirlər.
Qonaqlar yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsini (AZANS) ziyarət etmişdirlər.
Səfər zamanı aşağıda sadalanan sahələrdə gələcək əməkdaşlıq məqsədilə bir sıra məsələlər müzakirə olunmuşdur:
- HHİ qüllələri üçün konseptual həllərin işlənib hazırlanması;
- hava məkanının modelləşdirilməsi;
- aeronaviqasiya xidməti personalının təlimi;
- pilotsuz sistemlərin hərəkətinin idarə edilməsi sahəsində tədqiqatlar;
- aeronaviqasiya sahəsində elmi-tədqiqat işləri.
Müzakirələrin yekunlarına əsasən AZANS HHİ-nin Direktoru Fərxan Quliyev və “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşi əməkdaşlıq haqqında Memorandum imzalamışdırlar.
Qeyd edək ki, Macarıstanın aeronaviqasiya xidmətləri təchizatçısı “Hungarocontrol” Macarıstanın hava məkanında və NATO-nun tapşırığı ilə Kosovo yuxarı hava məkanında aeronaviqasiya xidmətini təmin edir, həmçinin hava hərəkətinin idarə edilməsi üzrə heyət təlimləri keçirir və aeronaviqasiya sahəsindəki yenilikləri tədqiq edir.
“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.



Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilir
AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir
“Azəraeronaviqasiya” “AIM”i tətbiq etmişdir
Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdı
AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir
Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
AZAL yeni təyyarələr alır
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 