ONN media xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırmışdır.
Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.
Hava Hərəkətinin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemi SWIM – System Wide Information Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat , eləcə də müşahidə, hava gəmilərinin axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə köməklik edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri arasında birbaşa mübadiləni təmin edir.
“Müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı olmadan mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində "Azərbaycan Hava Yolları" bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir. Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək” – deyə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev qeyd etmişdir.
“Aeronaviqasiya” bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkəti idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.



AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir
AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər
Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdı
Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilir
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir
AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır
Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
Heydər Əliyev Aeroportunda VACİB YENİLİK
AZAL-ın "Qarabağ" təyyarəsi Füzuli hava limanına endi
Ermənistan təyyarələri də Azərbaycan hava məkanından istifadə edə biləcək
Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 