Beynəlxalq Multikultural Şəbəkənin Xarici Əlaqələr Departamentinin rəisi Günay Həsənli ONN media-ya bildirib ki, 3 oktyabr 2018-ci il tarixində Azərbaycanın Beynəlxalq Multikultural Şəbəkəsi Türkiyə fəaliyyəti çərçivəsində ölkənin İzmir şəhərində yerləşən İzmir Katip Çelebi Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi- praktiki konfrans keçirdi. Tədbir Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunmuşdur.
İzmir Katip Çelebi Universitetinin müəllim , tələbələrinin, eyni zamanda İzmirdə yaşayan Azərbaycanlı həmvətənlərimizin iştirakı ilə keçirilən “100-cü İlində Azərbaycan Demokratik Respublikası” adlı konfransda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova çıxışında 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulması,cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyması siyasi,iqtisadi, mədəniyyət kimi sahələrdə göstərdikləri fəaliyyətləri ilə bağlı geniş məlumat verdi. Şəbəkənin elmi-mütəxəssisi Günay Məmmədli ADR-in dövründə təhsil və səhiyyə sahəsində hokumətin geniş fəaliyyəti və bu istiqamətdə qurduqları xarici əlaqələrlə bağlı konfrans iştirakçılarını məlumatlandırdı.
İzmir Katip Çelebi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin professoru Mehmet Bülent Uludağ və Fəlsəfə elmləri Doktoru Haktan Birsel də öz çıxışlarında o dövrdə Türkiyə-Azərbaycan münasibətlərinə, ADR-in yaranmasının Türk – İslam dünyası üçün nə dərəcədə əhəmiyyətli olmasından geniş məlumat verərək, 1991 – ci ildə yenidən mütəqillik əldə edən ölkəmizin müasir beynəlxalq aləmdəki geosiyası mövqeyi ilə bağlı məlumat verdilər.
Konfransın ikinci hissəsində İzmirdə yaşayan həmvətənlərimizdən, bəstəkar pianist, Dokuz Eylül Universitetinin Dövlet Konservatoriyasının müəllimi Nərminə Zeynalova Özlük AXC dövründə incəsənət sahəsində əldə edilən nailiyyətlərlə bağlı məlumat verərək, Kemale Serçe, Zemine Yalçın, Nigar İsmayılova ilə birlikdə Azərbaycanın tanınmış bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev və Asəf Zeynallının əsərlərindən ibarət təşkil etdikləri konsert verdi. Konsert konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə alqışlandı.
Konfransın sonunda elmi-konfrans üçün ADR-in 100 illiyi ilə bağlı Beynəlxalq Multikultural Şəbəkə tərəfindən özəl hazırlanmış videonun təqdimatından sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydın elmi-konfransa dəstək göstərən iştirakçıları Beynəlxalq Multikultural Şəbəkənin Diplomları ilə təltif etdilər.



“Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi–praktiki konfrans keçirilib
"Turan Araşdırma Mərkəzi" "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirəcək
Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi
Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Təhsil nazirindən yeni əmr
Şuşada Beynəlxalq Media Forumu keçirilir
Saatlıya icra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 