ONN media xəbər verir ki, Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.
Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.
Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olmuşdur. Azərbaycanın milli aviadaşıyıcısı Skytrax tərəfindən ilk dəfə belə yüksək ada layiq görülmüşdür.
Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda World Airline Awards rəsmi tədbirində keçirilmişdir.
«Azərbaycan Hava Yolları»nın prezidenti Cahangir Əsgərov dedi: «Skytrax kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik».
Mükafatlara dair şərh verən Skytrax təşkilatının baş direktoru Edvard Pleysted qeyd etdi: «Azərbaycan Hava Yolları»nın «Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət» nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət məhsulun keyfiyyəti və xidmət sahəsində təkmilləşərək nüfuzunu getdikcə artırır və müştərilərini Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək sevindirməyə davam edir».
"4 Ulduz" reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu,
biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.
Eyni zamanda təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarədə sərnişinlər üçün əyləncə sistemi; heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda qalmayıb.
Qeyd etmək lazımdır ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülmüşdür və bununla da Skytrax World Airport Awards versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşmüş və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yer tutmuşdur.



Heydər Əliyev Beynəlxalq Aeroportunun 8 ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk altı ay ərzində təqribən iki milyon sərnişinə xidmət göstərib
Bakı Aeroportundan istifadə edən sərnişinlərin sayı açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportundan 4 aylıq statistika
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərmişdir
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçildi
Heydər Əliyev Beynəlxalq Aeroportuna mükafat təqdim olundu
Heydər Əliyev Beynəlxalq Aeroportunun üç aylıq hesabatı
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsinin sayı açıqlanıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 