"Azərbaycanda son illər aparılan sürətli iqtisadi islahatlar ölkəmizin iqtisadi inkişafının dinamikliyini qoruyub saxlamaqla yanaşı vətəndaşların sosial vəziyyətinin də yaxşılaşmasına gətirib çıxarıb. Mütəmadi icra olunan sosial infrastruktur layihələri ölkəmizin yenidən qurularaq simasını dəyişib. Bu gün heç kim inkar edə bilməz ki, yol infrastrukturumuz günü-gündən yaxşılaşaraq MDB məkanında 1-ci yerə çıxıb".
ONN media xəbər verir ki, bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, yeni tikilən məktəblər, səhiyyə müəssisələri, içməli su-kanalizasiya xidmətlərinin müasirləşməsi, qazlaşması, informasiya kommunikasiya texnologiyalarının inkişafı və s. qeyd etmək olar ki, hamımızın gözümüzün qabağında baş verir: "Eyni ilə dövlət dəstəyi ilə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar ölkəmizdə qeyri-neft sektorunu kifayət qədər inkişaf etdirib. Bu da ölkə iqtisadiyyatının ayrı-ayrı sektorlarında çalışanların əməkhaqqı səviyyəsinin kifayət qədər yüksəlməsinə şərait yaradıb. Düzdür, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda əməkhaqqılar çox da yüksək olmasa da mütəmadi qaldırılır və ümumilikdə götürüldükdə istehsal və xidmət sahələrində çalışanların əməkhaqqları kifayət qədər yüksələrək ölkəmizdə orta aylıq əmək haqqının yuxarı olmasını şərtləndirib. MDB üzrə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun araşdırmasında Azərbaycanda orta aylıq əmək haqqı 306,7 dollar qeyd olunub.
Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqlarının səviyyəsini araşdıraraq reytinqini açıqlayıb və burada Azərbaycanın ilk beşlikdə 4-cü yerə layiq görülməsi təbii haldır. Düşünürəm ki, həyata keçirməyimizə başladığımız Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 aparıcı sektoru üzrə Strateji Yol Xəritələrin vaxtında icrası və başladığımız iqtisadi islahatların dərinləşməsi yaxın gələcəkdə Azərbaycanın reytinqini 1-ci yerə çıxaracaq. Çünki, ölkəmizdə gələcəyə hesablanmış düşünülmüş iqtisadi siyasət aparılır ki, bunun da bəhrəsini yaxın gələcəkdə hamımız görəcəyik".



İlham Əliyev: İslahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir
Ədliyyə Akademiyasında iqtisadiyyatın inkişafında hüququn roluna dair beynəlxalq konfrans keçirilib
10 minlərlə iş yeri yaranacaq - Azər Badamov
Prezident əməkhaqqı və pensiyaların yenidən artırılacağının ANONSUNU VERDİ
ŞAD XƏBƏR – Maaşlar yenə ARTIRILIR
İşçini bundan artıq işlətmək olmaz- İlham Əliyev
Cavid İsmayıl: "Ən böyük iqtisadi layihələri Azərbaycansız təsəvvür etmək olmur"
İlham Əliyev: Bəzi rayonlarda sahibkarlar incidilir, onlardan rüşvət, pay tələb olunur
İlham Əliyev AÇIQLADI: Əgər istəsək, bir günə...
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
Naxçıvanda görülən işlər göz önündədir – Millət vəkili
Prezident: Azərbaycanda sürətli inkişaf dövrü yaşanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 