İraq mətbuatında dərc olunan “Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi” sərlövhəli məqalədə Azərbaycan paytaxtının turizm imkanlarından bəhs edilib.
ONN media xəbər verir ki, müəllifi Camal əl-Xərsan olan məqalədə Bakıda turistlərin böyük maraq göstərdikləri məkanlardan söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin sahilində yerləşən Bakı əsrarəngiz şəhərdir. Xüsusi gözəlliyə malik bulvar boyu saysız-hesabsız piyadanın sərbəst hərəkət edə bildiyi geniş küçə uzanır. Müxtəlif binalar və rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir.
Məqalədə İçərişəhər, Qız qalası haqqında məlumat verilərək qədim şəhərin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilib.
Müasir tikililərdən yazan müəllif “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi barədə dolğun məlumat verib. Bildirib ki, Bakı və ümumiyyətlə ölkə turizm məkanına çevrilib. Azərbaycan paytaxtı çoxsaylı mədəniyyət, idman tədbirlərinə də uğurla ev sahibliyi edir. Ölkəmizin digər dövlətlərlə əlaqələrinə toxunan iraqlı jurnalist Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətinə də toxunub.
Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və əldə etdiyi nailiyyətlərdən də geniş bəhs olunub. Cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.



Bakıdan möhtəşəm reportaj: Bu əfsanəvi şəhərdə qiymətlər...
İtaliyan nəşri Bakıdan yazdı: Ən heyrətamiz istiqamət...
“BBC News” Bakıdan yazdı
Xəzər sahilində 131 ölü suiti tapıldı
Dünyanın ən təhlükəsiz ölkələri sırasında neçənci yerdəyik?
Xəzər sahilində yenidən suiti cəsədi aşkarlandı
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib
Xəzər kənarında çox sayda suiti tapıldı
Bakı küçələrinə şənlik qayıdır
Xəzərdən kişi meyiti tapıldı
İraq prezidentinin rəsmi qarşılanma mərasimi oldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 