Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir.
ONNmedia trend-ə istinadən xəbər verir ki, sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.
Məsələn, bu yaxınlarda Rusiyada əhalinin maddi vəziyyəti nəzərə alınaraq, eyni zamanda, qanunsuz halların qarşısını almaq üçün imkanı çatmayan şəxslərə meşələrdən iynəyarpaqlı ağac kəsməyə icazə verilməsi ilə bağlı təklif irəli sürülüb.
Rusiyada Meşə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər bir insan meşəbəyliyə müraciət edərək ağacın kəsilməsi üçün icazə ala bilər. Ağacın dəyəri isə onun uzunluğundan asılı olaraq dəyişəcək. Ağacın hər metrinin insanlara 200 rubla (təxminən 5-6 manata) təklif edilməsi nəzərdə tutur.
Bazarda süni yolkanın qiymətinin daha yüksək olduğu nəzərə alınarsa, bu, Yeni ili yolka ilə qeyd etmək istəyənlər üçün ən səmərəli variant ola bilər. Qeyd edək ki, hazırda Azərbaycanda 1 metrlik süni yolkalar 60-90 manata satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib ki, Azərbaycanın qanunvericiliyi şəxslərə meşələrdən özbaşına ağac kəsməyə icazə vermir. Lakin təbii yolka quraşdırmaq istəyənlər ETSN-nin Meşə Mühafizəsi və Bərpası müəssisəsilərinə müraciət edərək oradan ting ala bilərlər: “Meşələr əhəmiyyətinə görə 3 qrupa bölünür. I qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. I qrupa daxil olan meşələrdə ağaclar yalnız sanitar vəziyyətinə görə kəsilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir, tam istismara verilir. Rusiyada meşələr çoxdur, onların meşələri sənaye əhəmiyyətlidir. Rusiya iqtisadiyyatının 15 faizini elə meşə sənayesi təşkil edir. Ona görə də Rusiya ilə Azərbaycanı eyniləşdirmək düzgün deyil. Bizim meşələr əhəmiyyətinə görə I qrupa aid olduğundan burada Rusiyadakı kimi sənaye əhəmiyyətli qırıntılar aparılmır. Azərbaycanda əsas enliyarpaylı meşələr var. Amma buna baxmayaraq, bizdə şam, sərv və s. tingləri də yetişdirilir. Yeni ildə müraciət edildikdə pulu ödənilmək şərti ilə ting ala bilərlər”.
S.Salmanov deyib ki, tinglərin biri insanlara boyundan asılı olaraq, təxminən 2-5 manata təklif edilir.
Qanunvericilikdə də ting satışının nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi əlavə edib ki, ETSN-nin həm ting müəssisələri var, həm də Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində tinglik üçün sahələr mövcuddur: “Tinglər lazım olan miqdarda meşə bərpası işlərinə sərf edilir. Artıq qalan isə əhaliyə və təşkilatlara satılır. Meşə Məcəlləsində də bu nəzərdə tutulur. Ona görə də istənilən şəxs ting almaq üçün müraciət edə bilər”.



Susuz qalan Bakıda içməli su küçəyə axıdılır - RƏSMİ AÇIQLAMA
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Bu rüsumlar artırılır - Siyahı
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
Yeni il yolkalarında zərərli maddə aşkarlandı — Uşaqların...
Azərbaycanda vəzifəli şəxslər tutuldu
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Bakının ən böyük Yeni il yolkası harada qurulacaq?
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycanda ağac və kolların sığortalanması qaydası açıqlandı
Qarpızın qiyməti ilə bağlı AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 