Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata əsasən, noyabrın 8-də ədliyyə naziri Fikrət Məmmədov Balakən rayonu Mədəniyyət Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.
Nazir yüz illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixindən və müasir fəaliyyətindən bəhs edib, ədliyyə işçisi adını daim uca tutmağı, üzərlərinə düşən vəzifələri hər zaman vicdanla və məsuliyyətlə yerinə yetirməyi vurğulayıb, əlamətdar yubiley münasibətilə təbriklərini çatdırıb.
Müşavirədə dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verilib, vətəndaş məmnunluğunun təmin olunması, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunması vurğulanıb.



Nazir Ağstafada vətəndaşları qəbul edib
Ədliyyə naziri Hacıqabulda vətəndaşları qəbul edib
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edib
Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib
Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
Ekologiya və Təbii Sərvətlər naziri Masallı şəhərində vətəndaşları qəbul etdi
Ekologiya və Təbii Sərvətlər naziri Şabran şəhərində vətəndaşları qəbul edib
Balakən sakinlərinin DİQQƏTİNƏ
Ağdaş sakinlərinin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 