Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində zərərli orqanizmlər olan 24700 kq kartof məhsulunun ölkə ərazisinə daxil olmasının qarşısını alıb.
Agnetlikdən ONN media -ya verilən məlumata görə, İrandan fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna AQTA-nın fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib.
Aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək AQTA İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.
Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İrana qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.



İrandan gətirilən 25 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
Azərbaycan İrana bildiriş göndərdi
"Araz Supermarket"in ölkəyə gətirdiyi 500 kq məhsul məhv edildi - SƏBƏB
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
Qida Təhlükəsizliyi Agentliyində YENİLİK
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Ölkəyə gətirilən 3 ton pomidor toxumu məhv edildi
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
İrandan gətirilən bu məhsul yararsız çıxdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 