Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin, o cümlədən bitki mühafizəsinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. ONN media xəbər verir ki, bu barədə AQTA-dan "Report"a bildiriblər. Verilən məlumata görə, Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış keçirilib. Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub. Bildiririk ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir. Xarici karantin hesab edilən zərərli orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib. Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib. Məlumat üçün bildiririk ki, sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhv olmasına səbəb olur.
"Araz Supermarket"in ölkəyə gətirdiyi 500 kq məhsul məhv edildi - SƏBƏB



Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Ölkəyə tonlarla zərərli kartof gətirmək istədilər
İrandan gətirilən bu məhsul yararsız çıxdı
Azərbaycan İrana bildiriş göndərdi
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
İrandan gətirilən 25 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 