Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi və nəzarətin təşkilini həyata keçirən qurum kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb. Tikinti obyektlərinin qanunvericiliklə nəzərdə tutulmuş rəsmiləşdirilmə və razılaşdırma işləri aparılmadan elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma prosesinin qarşısının alınması üçün tədbirlər gücləndirilib. Belə ki, 2017-ci il ərzində elektrik şəbəkəsinə 504 qanunsuz qoşulma olduğu halda, Agentliyin fəaliyyəti dövründə yalnız 17 belə hal aşkar edilib. Əgər ötən il qazpaylayıcı şəbəkəyə 48 qanunsuz qoşulma faktı qeydə alınmışdısa, Agentliyin fəaliyyəti dövründə 10 belə hal aşkar edilib.
Xatırladaq ki, Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətində məqsəd kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.



Tikinti obyektləri buna görə cərimələnəcək
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
Borcu olanların işığı kəsiləcək – Xəbərdarlıq
İlham Əliyev fərman imzaladı
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir
Fevralda “Azərişıq”a müraciət edən sahibkarların sayı 2 dəfə artıb
“Azəriqaz” və “Azərişıq”la bağlı TƏLƏBLƏR DƏYİŞDİ
2018-ci ilin iyun ayı üzrə Texniki Şuralara 114 müraciət daxil olub
Elektrik təchizatı şəbəkələrinə qoşulmanın yeni qaydaları ilə bağlı tədbir keçirilib
2018-ci ilin iyul ayı üzrə Texniki Şuralara 135 müraciət daxil olub
Bir sıra torpaqlar və evlər bahalaşacaq
“Azərişığ”a 20 mindən çox müraciət daxil olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 