Sabahdan başlayaraq oktyabrın 28-dək Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.
ONN media xəbər verir ki, bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfrasında nazirliyin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə deyib ki, əvvəlki yarmarkalardan fərqli olaraq bu il rəhbərlik etdiyi qurum sərgi-satışda tərəfdaş qismində çıxış edəcək.
Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə qeyd edib ki, yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.
Mətbuat konfrasında çıxış edən KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında 3-cü tərəf qismində çıxış edirlər: “Burada bizim işimiz Qida Təhlükəsizliyi Agentliyinin analiz nəticələrindən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verəcəyik".



Sabahdan Bakıda bal yarmarkası başlayır
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Bakıda növbəti bal yarmarkası keçiriləcək - Qeydiyyat başladı
Bakıda bal yarmarkası açıldı
Azərbaycanda növbəti bal yarmarkası keçiriləcək
Yarmarkada nə qədər bal satılıb?
Azərbaycanda yeni institut yaradılacaq
Bu məhsulları almayın! - RƏSMİ XƏBƏRDARLIQ - SİYAHI
Agentlikdən sahibkarlara XƏBƏRDARLIQ
Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
DİQQƏT- Bakıda yoxlama başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 