Azərbaycanda bir qrup insan bir mənzili bir neçə nəfərə satır, vətəndaşların vəsaitləri mənimsənilir.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, vətəndaşlara hüquqi əsası olmayan müqavilə verilir: “İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər”.
Deputat vurğulayıb ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir insanı həbsə salırlar. Onun fikrincə, belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır: “Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”.



Siyavuş Novruzov Rafael Cəbrayılovun istefasından DANIŞDI
Siyavuş Novruzovdan YAP-ın rayon təşkilatlarının sədrlərinə ÇAĞIRIŞ
Bələdiyyələr tənqid edildi
SON DƏQİQƏ: Siyavuş Novruzov İSTEFA VERDİ
TV-lər camaatı insan alverinə həvəsləndirir - Novruzov
Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir
Siyavuş Novruzov: “Onlara inanmayın”
“Onların arasında bağ qurmaq mümkün deyil” - Siyavuş Novruzov
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Elçibəyin oğlundan Siyavuş Novruzova - Cavab
Siyavuş Novruzovun YAP-dakı vəzifəsi kimə verilib? – VACİB AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 