Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır. Uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən AG Bankdan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir. Axar.az-a daxil olan məlumata görə, R.Cəbrayılovun AG Bankdan külli miqdarda kredit götürməsinin onun qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləməsi, həmçinin deputat vəsiqəsini girov qoymaqla millət vəkili nüfuzunu zədələməsi səbəbindən istefa verməsi barədə ərizəsi artıq təqdim edilib. İstefa ərizəsinin MM-in iclası başlayan kimi elan olunacağı gözlənilir. Məsələ ilə bağlı saytımıza danışan millət vəkili Fazil Mustafa bildirib ki, buna yalnız iclas başlayandan sonra aydınlıq gətirilə bilər: "Hazırda heç bir məlumatım yoxdur. Bu barədə bir söz deyə bilmərəm". YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da məsələyə münasibət bildirmək istəməyib: "MM-in iclası başlayır və biz iclasa qatılırıq. Nə baş verəcəksə, biləcəksiniz". *** Rafael Cəbrayılov Milli Məclisə müraciəti edib. Parlamentin Hüquq siyasəti və dövlət qoruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin iclasında çıxışı zamanı deyib ki, Rafael Cəbrayılovun müraciəti mandatından imtina etməsi ilə bağlıdır. “Rafael Cəbrayılov müraciətində seçicilərdən, xalqdan və deputatlardan üzr istəyib və istefa verib”, - Ə.Hüseynli bildirib.



Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Rafael Cəbrayılov mandatını itirə bilər
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?
Rafael Cəbrayılov məhkəməyə verildi
Rafael Cəbrayılovdan xəbər var
Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub?
Azərbaycanda deputatın gizli videosu yayıldı
Sabiq deputatın borclarının siyahısı açıqlandı
Rafael Cəbrayılovla bağlı qərar verilir - İCLAS BAŞLADI
Paşinyanın partiyasından daha bir deputat istefa verdi
Rafael Cəbrayılov rüsvayçılığı: özünü necə ifşa etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 