Dekabrın 5-də AMEA Qadınlar Şurasının təşkilatçılığı və Mərkəzi Elmi Kitabxananın (MEK) təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.
AMEA -dan ONN media -ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Natiq Ulu Öndərin respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlarımıza yüksək qiymət verdiyini bildirib. Bu gün ölkəmizdə elm və təhsil sahəsində çalışanların böyük əksəriyyətinin qadınlar olduğunu söyləyən akademik İ.Həbibbəyli Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb.
Akademik çıxışında şuranın üzvlərinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə ümumilli lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə misilsiz işlər gördüyünü, hər zaman qadınlarla bağlı məsələlərə böyük diqqət yetirdiyini, qadın hərəkatına, eləcə də qadınların maariflənməsinə önəm verdiyini vurğulayıb. R.Mirzəzadə həmçinin şuranın ötən müddət ərzində həyta keçirdiyi tədbirlərdən və gələcək fəaliyyət planları barədə məlumat verib.
Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. MEK rəhbəri Heydər Əliyevin kitabxana işinin təşkili sahəsində xidmətlərindən də söz açaraq “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində Ümummilli liderlə bağlı yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. L.İmanova həmçinin “Heydər Əliyev - 95” mövzusunda sərginin təşkil edildiyini, MEK-in sosial şəbəkələrdə və www.mek.az saytında silsilə materialların yayımlandığını, eləcə də MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən çoxsaylı məqalələrin hazırlandığını tədbir iştirakçılarının nəzərə çatdırıb.
Daha sonra tədbir BDU-un kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Mirağa Cəfərquliyev, AMEA-ın müxbir üzvü Səlimə Mehdiyeva və başqalarının çıxışlarının dinlənilməsi ilə davam edib.



AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
"Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya keçirilib
Sumqayıtda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib
AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib
MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib
AMEA-da “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda tədbir keçirilib
AMEA-nın I vitse-prezidentləri məlum oldu - Adlar
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Mehriban Əliyeva- Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edirəm
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 