“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
ONN media xəbər verir ki, qanun layihəsinə təklif edilən dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bəzi ifadələrin yerində işlədilmədiyini deyib:
“Dəyişiklikdə göstərilir ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərində qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Hesab edirəm ki, bu cümlədə "ölmüş zərər çəkmiş" ifadəsi doğru deyil. Cinayətin qurbanı ölürsə o, zərərçəkmiş şəxs kimi tanına bilməz”.
Millət vəkili Əli Hüseynli bildirib ki, bu yanaşmanı işçi qrupunun diqqətinə çatdıracaq.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə dilçilik baxımdan bu ifadənin səhv ola biləcəyini deyib:
“Qüdrət müəllim müəyyən mənada haqlı ola bilər. Lakin düşünürəm ki, zərərçəkmiş şəxs yaralanıb bir müddət sonra ölə bilər. Məhz buna görə “Ölmüş zərər çəkmiş şəxs” ifadəsi işlədilib.
Daha sonra çıxış edən millət vəkili Siyavuş Novruzoz bildirib ki, Azərbaycanda vəkillik institutuna ehtiyac var:
“Vəkilliklə bağlı yetərincə hüquqi baza formalaşıb. Nümayəndəlik İnstitutu ləğv ediləndən sonra vəkillik institutuna ehtiyac yaranıb. Ona görə də qanunda bir az da sadələşdirmə aparmalıyıq. Xüsusən də, bu sahəyə üz tutan gənclərə imkan yaratmalıyıq. Onların təkmilləşdirilməsi üçün əvvəllər institutlar mövcud idi, indi onlar yoxdur. Hər plenar iclasda Cinayət, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Vəkilləri bir araya toplayaraq bu dəyişikliklər barədə onları məlumatlandırmalıyıq. Çoxu prosesi bilir, lakin qanundakı dəyişiklikdən xəbərsiz olurlar”.
Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.



Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası keçirilir- NƏ MÜZAKİRƏ OLUNUR?
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi
Milli Məclisin plenar iclası başladı
Bu gün Milli Məclis yenidən toplanır
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
Milli Məclisin iclası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 