Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul olunması ilə bağlı keçiriləcək imtahanın vaxtı müəyyənləşib. “
ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ilə əldə olunan razılığa əsasən ixtisas imtahanlarının yazılı test mərhələsi dekabrın 23-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq.
Dekabrın 23-dəki imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.
Bundan öncəki (yanvarın 28-də keçirilən) imtahandan keçə bilməyən şəxslər bu dəfə imtahanda iştirak edə bilməzlər.



Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
Miqrasiya orqanlarına qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
Vəkilliyə qəbul imtahanının nəticələri açıqlandı
İmtahanının nəticələri açıqlandı
DİM-dən dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
DİM dövlət qulluğuna qəbul imtahanı keçirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 