Dekabrın 23-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Vəkillər Kollegiyasından ONN media-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak edib, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 76,8 faiz təşkil edir.
Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdirilib.



Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
İmtahanının nəticələri açıqlandı
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna qəbul keçirildi
Prezident vəkilliyin inkişafı ilə bağlı SƏRƏNCAM İMZALADI
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
İmtahan nəticələri AÇIQLANDI
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək
DİQQƏT - Bugünkü qəbul imtahanının nəticələri açıqlandı
Rezidenturaya imtahan vermiş namizədlərin NƏZƏRİNƏ
Dövlət Qulluğuna imtahan keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 