Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə ETSN tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. Monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır.
ONN media Azxeber.com-a istinadla xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov məlumat verib. Bildirib ki, 20 iaşə obyektinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib: "Bu obyektlər "Yeddi Gözəl”, "Sonalar Sonası”, "Gilavar”, "Oazis”, "Çanaqqala”, "Şahzadə”, "Şəlalə”, "Meqa Palas”, "Kəndimiz”, "Çıraq”, "Qabırğa” və digərləridir. Hazırda daha 15 iaşə obyektinin –"Topqapı”, "Ankara”, "Mübarək”, "Eliza”, "Cratos Hall”, "Qızıl balıq”, "Şır-şır”, "Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Həmin iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq iaşə obyektlərinin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək.
Onu da qeyd edək ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan iaşə obyektləri barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsadət qaldırılacaq”.



Nazirlik 3 restoranı bağlatdırdı
Bu restoran və şadlıq evləri bağlana bilər
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı
31 obyektlə bağlı şikayət var- SİYAHI
ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatdı
Bu restoranlar cərimələndi
Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ
Nazirlik Bakıdakı bu məşhur restoranlarla bağlı XƏBƏRDARLIQ ETDİ - SİYAHI
Nazirlikdən növbəti xəbərdarlıq: Qarşısını alın!
Xəzəri nə çirkləndirir? – Alimdən MÜHÜM AÇIQLAMALAR
Bu şadlıq evlərinin fəaliyyəti DAYANDIRILA BİLƏR
15 şadlıq evi ilə bağlı yoxlama nəticələri elan edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 