ETSN- Ərəstun Həsənov: "Məqsədimiz çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir".
Bunu ONN media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır. Bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.
Xəzər dənizini şimal və cənubdan çirkləndirən əsas mənbələr hansılardır?
Burada ən çox çirkləndiricilər ictimai iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır.
Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə və birbaşa dənizə axıdıdığı məlum olub.
Apardığınız analizlərin nəticələrinə görə hansı zərərli maddələr dənizi çirkləndirir?
Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları və neft məhsulları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Monitorinqlərin nəticələrinə əsasən hansı tədbirlər görülür?
Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə atılmaların qarşısının alınması məqsədilə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib. Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar. Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk. Məqsədimiz daha çox izahat yolu ilə çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir.



Xəzərdə bunu edənlər CƏZA ALDI
İstifadəyə yararsız çimərliklərin ADLARI açıqlandı
Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
DİN və ETSN Bakıda Xəzəri çirkləndirənlərə qarşı reydlərə başladı
Xəzəri çirkləndirənlərə qarşı addım atılacaq
Bu çimərliklərə getməyin! - Nazirlik AÇIQLADI
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Azərbaycanda VƏZİFƏLİ ŞƏXS cərimələndi
Xəzərdə ən çirkli çimərliklərin siyahısı açıqlandı
Çimərliyə gedənlərə ŞAD XƏBƏR
ETSN reyd keçirdi- Lənkəranda...
Bu restoranlar cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 