Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu təşkilat Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə xeyriyyə aksiyaları keçirib. ONN media xəbər verir ki, RAGB Moskva Şəhəri Ailə və Uşaqlara Dəstək Mərkəzinin səyyar tədbirlərinin həmtəşkilatçısı olub, təbil çalmaq, rəqs və akvaqrimlər çəkilməsi üzrə ustad dərsləri keçirib. Uşaqlar “Yallı” rəqsini ifa edib, badminton və digər oyunlar üzrə məharətlərini göstəriblər. Tədbirin sonunda bu müəssisədə tərbiyə alanları xoş bir sürpriz gözləyirdi: onları plova və şirniyyata qonaq ediblər. RAGB “Anqelı sredi nas” (“Mələklər bizim aramızdadır”) xeyriyyə fondu ilə birlikdə “Uşaqlıq – sən və mənik” adlı daha bir bayramın təşkilində iştirak edib. Bu bayramın qonaqlarını Rodion Qazmanov, “Moonisha”, Pyer Narsis, Karolina-Kristel və başqa artistlər təbrik ediblər. Tədbirdə uşaqlar özləri də çıxış edib, “AlT” Uşaq Estrada Teatrının çıxışı tamaşaçıları sevindirib. RAGB-nin Həştərxan, Rostov və Volqoqraddakı regional bölmələri həmin şəhərlərdə oxşar xeyriyyə aksiyaları təşkil ediblər.
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi



Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərildi
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində tədbir keçirilib
Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak etdi
Leyla Əliyeva bu tələbələrə təqaüd verəcək
Bakı Zooloji Parkına girişin QİYMƏTLƏRİ
Leyla Əliyeva “Bahar sevincləri” sərgisində
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 