Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən bir neçə aydır ki, ətraf mühitə plastik tullantıların mənfi təsirini azaltmaq məqsədilə həm maarifləndirici-təbliğat işləri, həm də bu məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür.
ONN media xəbər verir ki, bunu ETSN-nin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, plastik tullantıların mənfi təsirləri haqqında əhali kifayət qədər məlumatlıdır: "Qəbul olunan qərarlarda biz çalışırıq ki, əhalinin fikri, maraqları nəzərə alınsın. Bu məqsədlə bu yaxınlarda saytlarda sorğular yerləşdirilib. “Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” sualına cavab verən respondentlərin 80-90,6 %-i, buna razı olduqlarını bildiriblər. Digərləri isə plastikin məhdudlaşdırılmasının tərəfdarı olmadıqlarını bildirərək, buna səbəb kimi plastikdən istifadəyə vərdiş etdiklərini əsas gətiriblər. Sevindirici bir haldır ki, əhali tərəfindən problemin həll olunması dəstəklənir".
U.Tağıyeva qeyd edib ki, bu plastik tullantılar tez alışdıqları üçün yanma zamanı atmosferə zərərli maddələr atılır, bu da insanların sağlamlığı üçün əlavə risklər yaradır:"Ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında “pinqivin” adlanan poletilen torbalardır. Bu torbalar həddindən çox istifadə olunur və əsasən də qadınlar, xanımlar bilməlidirlər ki, məişətdə istifadəsi rahat olsa da, onların ziyanı böyükdür.
Buna vərdiş etsək də, bu vərdişimizi dəyişmək də öz əlimizdədir, alternativ olaraq, şüşə, üzəri emalla örtülmüş saxlama qabları istifadə oluna bilər. Marketlərdə isə istər parça istər kağız torbalardan istifadəyə üstünlük verilməlidir".



Plastik torbaların ödənişli olmasının səbəbi nədir?
Ölkədə plastik məhsullar qadağan olunur
Azərbaycanda plastik paketlər pullu olacaq
Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq - Nazirlik
Nazirlik məişət tullantılarını yandıranlara qarşı reydlərə başladı
Umayra Tağıyevanın yerinə yeni təyinat
Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak etdi
Ölkə başçısından plastik qablarla bağlı SƏRƏNCAM
Britaniya Azərbaycanın bu qərarını alqışladı
Estoniyada plastik tullantılardan yol çəkildi
Bu polietilen torbalar alıcılara pulla satılacaq - Baş nazirdən QƏRAR
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 