AMEA -dan ONN media -ya verilən məlumata görə, dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib.
İclası açan AMEA prezidenti, akademik Akif Əlizadə elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinin şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib. Akademik A.Əlizadə bildirib ki, AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirak etməlidir. Onlar öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar. Akademik AMEA-nın professorlarının akademiyada magistrantların yüksək səviyyəli mütəxəssis kimi yetişməsində rolunu xüsusi vurğulayıb.
İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, “AMEA-nın professoru” elmi adının yaradılması akademiya tarixində mühüm hadisədir. Akademik AMEA-nın professorlarının akademiyanın gənc alimləri ilə birgə elmi aktual mövzulu tədbirlərin təşkilində, eləcə də XXI əsrdə elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun dissertasiya mövzuları seçilməsində yaxından iştirakının məqsədəuyğun olduğunu vurğulayıb.
Sonra çıxış edən Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın professorlarının akademiyanın magistrantları üçün məsləhət saatları keçirməsinin zəruriliyini qeyd edib. İdarə rəsi bildirib ki, AMEA-nın elmi müəssisələrində magistratura təhsilində keyfiyyətin yüksəldilməsinə AMEA-nın professorları öz töhfəsini verə bilər. Bu da magistratura təhsili almaq istəyən gənclərin AMEA-ya daha böyük maraq göstərməsinə imkan yaradacaq.
Daha sonra iclas AMEA-nın professorlarının çıxışları və müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın professorlarının iştirakı ilə kadr hazırlığı, magistrantlar üçün qrant müsabiqələrinin və yay məktəblərinin təşkili və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda şuranın fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.



Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA-da “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
AMEA prezidenti istefa verdi
Akademiklər toplandı: Nə baş verir?
AMEA-nın strukturuna dəyişikliklər ediləcək
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
AMEA-da iki vacib təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 