ONN media xəbər verir ki, “Avropanın İdman Paytaxtı “ və “Avropanın İdman Şəhəri” titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. ACES Avropanın təşkilatçılığı ilə keçirilən mərasim Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında baş tutub. Avropanın İdman Şəhərləri və Qəsəbələri öz titullarını götürərək 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.
2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltif etmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev iştirak iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilat - ACES-in rəbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətindən danışan Niyazi Bayramov, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini, Gəncənin Avropanın İdman Şəhəri adını layiqincə daşıyacağından əmin olduğunu bildirib. O, qeyd edib ki, bu gün paytaxt Bakı ilə yanaşı, respublikanın ikinci böyük şəhəri olan Gəncədə, habelə ölkəmizin əksər bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda, olimpiya və dünya çempionatlarında iştirak edən və uğurlu nəticələr göstərən idmançılarımızın sayı ildən ilə artır.
Qeyd edək ki Avropanın İdman şəhəri tutulunu MDB ölkələri arasında ilk dəfə olaraq Gəncə şəhəri qazanıb.
Xatırladaq ki, ACES Europe təşkilatının Qiymətləndirmə Komitəsi cari ilin may ayının 1-dən 4-ədək Gəncə şəhərində səfərdə olub, səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplayıb, görüşlər keçirib. Bunun nəticəsində 16 may tarixində qəbul olunan qərara əsasən Gəncə 2019-cu ilin Avropanın İdman şəhəri tituluna layiq görülüb.
ACES Europe (Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası) hər il 9-19 şəhəri “Avropa İdman Şəhəri”, bir şəhəri isə “Avropanın İdman Paytaxtı” titulu ilə təltif edir.



Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasından bir il keçir
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın Gent şəhərində olub
Niyazi Bayramov Gəncənin fəal gəncləri ilə görüşüb
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramovdan YENİ TƏYİNAT
Bu İcra Hakimiyyətində şöbə müdirləri işdən azad edildi
Gəncədə şəhidlərin xatirəsi anıldı
Daha bir məmur işdən çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 