Gəncə Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın Gent şəhərində olub.
Gəncə Şəhər İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, Mer Matias de Klarkın dəvəti ilə Gəncədən olan nümayəndə heyəti Belçikanın Gent şəhərində görüş keçirib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev və eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı diplomatik nümayəndəliyin III katibi Səbuhi Qasımov iştirak ediblər. Onlar Gent şəhərinin Liman, İqtisadiyyat və Sahibkarlıq şöbəsinin rəhbəri və 2019-cu ildən Gent şəhərinin meri vəzifəsini icra edəcək Matias de Klark, şəhərin vitse-meri, Təhsil, Təlim və Gənclər şöbəsinin rəhbəri Elke Dekruyneyr ilə görüşüblər.
Görüşdə Azərbaycan və Belçika arasındakı ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub. Görüşdə Gəncə ilə Gent şəhərləri arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Gent şəhəri 2022-ci il üçün Avropanın Gənclər Paytaxtı layihəsinə öz namizədliyini irəli sürmək niyyətindədir. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin bu istiqamətdəki müvafiq təcrübəsi öyənilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dəvətə görə nümayəndə heyəti adından Gent şəhərinin gələcək meri cənab Matias de Klarka təşəkkürünü bildirib, müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Qeyd edək ki, Gent şəhəri 260.000 nəfər əhalisi olan, geniş turistik imkanlarına malik Belçikanın üçüncü böyük şəhəridir. Gent - Şimali Avropanın ən varlı və böyük şəhərlərindən biridir



Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb
Gəncə icra başçısına iki yeni müavin təyin edildi
Prezident bu nazirə daha bir vəzifə verdi
İlham Əliyevdən yeni təyinat
Bu İcra Hakimiyyətində şöbə müdirləri işdən azad edildi
İcra başçısının müavini və şöbə müdiri işdən çıxarıldı
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Niyazi Bayramovdan YENİ TƏYİNAT
Niyazi Bayramovdan yeni rəis TƏYİNATI
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramov Gəncənin fəal gəncləri ilə görüşüb
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 