Yeni İli ailəvi, yaxud dostlarla keçirmək istəyərkən üz tutulan məkanlar, əsasən, şou-proqramlı restoranlar olur.
ONN media bəzi restoranların Yeni İli qeyd etmək üçün təklif etdikləri şərait və qiymətləri təqdim edir:
Hər axşam şou-proqramlı olan “Oazis” restoranında Yeni il 23 dekabrdan başlayacaq. Qiymət bir adam üçün 29-30 dekabrda 40 manat, bayram günləri 100-150 manat təşkil edəcək. Ədalət Şükürov, Rəşad İlyasov, Əhməd Mustafayev, Faiq Ağayev, Rəhim Rəhimli, Qurd, Ramil Nabran kimi ifaçılar əyləncəli gecəyə rəng qatacaqlar.
“Ay İşığı” restoranı Yeni İli qeyd etməyə 25 dekabrdan başlayacaq. 100-300 manat aralığında dəyişən qiymətlərdə menyu eynidir, ancaq səhnəyə yaxın, loja və s. əyləşdiyiniz yerə görə qiymətlər fərqlənir. 21:00-dan səhər 05:00-a kimi olan şou proqramda bir çox məşhurlar çıxış edəcək. Şou-proqram üçün biletlər satışdadır. Beş yaşa qədər uşaqlara biletlər pulsuz, 6-12 yaş arası yarı qiymətədir.
“Neolit” restoranında bayram 20 dekabrdan bir adam üçün 40 manat olaraq başlayır. 31 dekabr – bayram günü 150 manat təşkil edən şou-proqramda Nura Suri, Kərim Abbasov, Niyam Salami, Elnarə Xəlilova, Səidə Sultan ifa edəcək.
“SeaBay” restoranında 31 dekabrda qeyd olunan Yeni İl iki zalda keçirilir. Qiymət zallara görə 70-120 manat arası dəyişir. Ayaz Qasımov, Emil Rəhmanov kimi müğənnilərin iştirakı ilə şou-proqram, konkurslar təşkil olunacaq.
20 dekabrdan “Lido” restoranında da Yeni İl şou-proqramları start götürür. Bir adam üçün 40 manat olan biletlər 31 dekabrda 120 manatdan başlayaraq dəyərə minir. Şou-proqram hər gün olsa da, Yeni İldə Nadir Qafarzadə, Niyam, Səidə Sultan, Rüfət Axundov, Ramil Nabran, Əhməd Mustafayev, Rəşad İlyasovun ifaları baş tutacaq.
28 dekabr və 31 dekabr günü “Mala Praqa” restoranında Yeni İl qeyd olunacaq. Dekabrın 31-i Rüfət Axundov, Mətanət İsgəndərli, Ədalət Şükürov oxuyacaq. Qiymətlər bir adam üçün 130 manatdır.
“Nar & Şərab” restoranı Yeni İli 31 dekabrda keçirməyə hazırlaşır. Zallara görə 120-150 manat arası dəyişən qiymətlər musiqiçilərin sayca çox olması ilə fərqlənir. Menyuda elə də fərq yoxdur. Əkbər Əliyev, Ədalət Şükürov, Gülzar, İlqar Xəyal kimi müğənnilərin çıxışları, rəqs şouları, DJ və salutdan ibarət şou təşkil olunacaq. (Oxu.az)



Bakıda məşhur restoranların Yeni il qiymətləri
Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
Teatrların yeni il proqramları açıqlandı
Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
Məşhurların yeni il qiymətləri yalan çıxdı
Müğənnilərin inanılmaz yeni il qiymətləri açıqlandı
Azərbaycanda yeni il tətili üçün şok qiymətlər
Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT
Bakı çimərliklərində qiymətlər necədir?
Bakının ən böyük avtomobil dayanacağında parkinq qiymətləri 170% artır
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 