ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Akademik Akif Əlizadə qonağa Akademiyanın yaranma tarixi və AMEA-nın prioritet elmi istiqamətlərdə fəaliyyətindən danışıb. Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrəndən doktoranların həmin mərkəzlərdə təcrübə keçdiyini səfirin diqqətinə çatdırıb.
Səfir Alfredo Nieves Portuondo səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Diplomat ölkəsinin tarixi, coğrafi mövqeyi, elm və təhsil sahəsindəki uğurları və mədəniyyəti barədə geniş məlumat verib. Ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Səfir ölkəsinin səhiyyə sahəsində uğurları ilə dünyada məşhur olduğunu bildirib. Qeyd edib ki, Kubanın müvafiq elmi instituları ilə tibb və biotexnologiya sahəsində əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
Vaxtilə neft-qaz sahəsində Azərbaycanın geniş təcrübəsindən faydalanmaq məqsədilə kubalı tələbələrin Azərbaycana təhsil almaq üçün gəldiyini deyən diplomat, hazırda onların öz ölkəsində bu sahəyə peşəkar kadr kimi böyük töhfələr verdiyini də söyləyib.
Görüşdə tərəflər arasında müxtəlif elmi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
AMEA prezidenti Kuba ilə elmi əlaqələrin artırılmasına, eləcə də biotexnologiya sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Səfir isə öz növbəsində diplomatik fəaliyyəti dövründə AMEA ilə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Tərəflər həmçinin hər iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyini vuğulayıblar.
Sonda səfir Alfredo Nieves Portuondo və akademik Akif Əlizadə bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.



AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
AMEA prezidenti istefa verdi
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
Akif Əlizadə: "Tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb"
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
AMEA institutunun iki əməkdaşı vəfat edib
Akademiklər toplandı: Nə baş verir?
Akif Əlizadə bu vəzifəni daşıyacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 