ONN media Xəzərxəbər-ə istinadla xəbər verir ki, Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib.
Ötən gün səhər saatlarından axşamadək davam edən reyd zamanı DYP əməkdaşları müxtəlif istiqamətlər üzrə iş aparıb.
Öncə sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar saxlanılaraq, normadan artıq sərnişindaşıma, sürücülük vəsiqəsi, yaxud etibarnaməsi olmayan sürücülərin avtobusları idarə edib-etməməsi və digər tələblərin icrasına nəzarət həyata keçirilib. Reyd zamanı etibarnamə və tibbi arayış olmadan sükan arxasına əyləşən sürücülər aşkarlanıb. Onlar müxtəlif bəhanələrlə hadisə yerindən uzaqlaşmağa və ya məsuliyyətdən yayınmağa cəhd göstərib.
Reyd ərzində həmçinin yol hərəkəti qaydalarını pozaraq yollarda təhlükə yaradan velosipedçilər də saxlanılıb. Onlar da öz növbəsində velosiped yollarının olmamasını bəhanə gətirərək vəziyyətdən çıxmağa çalışıb.
Günün sonuna yaxın isə təhlükəsizlik kəmərindən istifadə edilməməsi, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə halları və digər qayda pozulmaları ilə bağlı əməliyyat reydi davam etdirilib. Gün ərzində ümumilikdə 100-dən çox minik avtomobili, sərnişin avtobusunun sürücüsü və velosipedçi saxlanılaraq, 70 sürücü barədə inzibati protokollar tərtib edilib.
[embed]https://www.youtube.com/watch?v=SoxY32e4p_0&feature=youtu.be[/embed]



DYP qəfil reyd keçirdi: 100 -dən çox sürücü CƏRİMƏLƏNDİ
Mingəçevirdə 33 piyada cərimələndi
Yol polisi Cəlilabadda reyd keçirdi
Naxçıvanda sürücülərə qarşı reyd keçirildi
DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib
Reyd zamanı 70-dən çox sürücü cərimələndi
Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi
Avtoşlara qarşı reyd - HƏBS EDİLDİ
30-a yaxın sürücü cərimələndi - ZƏRDABDA
Yol polisi Zərdabda reyd keçirdi
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
50-dən artıq sürücü cərimələndi
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 