ONN media Ölkə.az-a istinadla xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.
Ay ərzində un, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, marqarin və zeytun yağları, banan, pomidor, badımcan, yerkökün, çuğundur, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarması, limon, naringi, alma, armud, heyva, nar, xurma, göyərti, xiyar, göy lobya, kələm, sarımsaq, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim, ayaqqabılar, inşaat materialları, kiçik elektrik cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, fərdi və planşet tipli kompüterlər, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, mobil telefonlar, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xitmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Ölkədə bu ərzaqlar BAHALAŞDI - SİYAHI
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb
Hansı məhsullar bahalaşıb?
Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycanda illik inflyasiya açıqlandı
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ötən aydan bu məhsullar bahalaşıb
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Ərzaqların qiyməti BAHALAŞIB
Ərzaq məhsulları bahalaşıb- RƏSMİ MƏLUMAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 