Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Nazir müavini vergi qanunvericiliyinə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə mühüm dəyişikliklər edildiyini diqqətə çatdırıb.
Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərinə həsr olunmuş təqdimatla çıxış edib. Bildirib ki, dəyişikliklər 5 əsas istiqaməti əhatə edir. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Təqdimat zamanı bu istiqamətlərin hər biri üzrə əsas dəyişikliklər və onların mahiyyəti barədə məlumat verilib.
Sonra vergilər nazirinin müavini Sahib Ələkbərov, vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva və İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov KİV nümayəndələrinin suallarını cavablandırıblar.



Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişiklikləri acıqlayacaq
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Prezident nazir müavininə yüksək rütbə verdi - SƏRƏNCAM
Nazirlikdə ciddi kadr dəyişikliyi
Vergilər Nazirliyi sahibkarları məlumatlandırır
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq?
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
Bu şəxslərə şad xəbər- 10 illik güzəşt əldə edəcəksiniz
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinq keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 