Xəbər verdiyimiz kimi, dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 88 yaşında ABŞ-da vəfat edib.
ONN media virtualaz.org-a istinadən xatırladır ki, maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.
Çingiz Sadıxov müxtəlif vaxtlarda böyük sənətkarlar Rəşid Behbudovu, Bülbülü, Müslüm Maqomayevi və başqalarını müşayiət edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Sadıxovun yaradıcılığını yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, məhz o demişdi ki, “Çingiz Sadıxov royalı Azərbaycan milli alətinə çevirdi”.
Ç.Sadıxov Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adları ilə təltif olunub.Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayırdı. Müslüm Maqomayev kimi o da özünün Vətəndə dəfn olunmasını vəsiyyət edib.
Görkəmli musiqiçinin həyat yoldaşı Xavər Sadıxova ərinin son xahişini yerinə yetirmək istəyir və Çingiz Sadıxovun tarixi vətənində dəfninin təşkilinə köməklik göstərilməsi üçün Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə müraciət edir.



Azərbaycanın görkəmli musiqiçisi vəfat edib
ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək
Azərbaycanda xalq artisti vəfat etdi
Mədəniyyət Nazirinə yeni müavin təyin olundu
Bəstəkar Oqtay Rəcəbov vəfat etdi
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi
Məşhur musiqiçi vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb
İslam Rzaev 26 yanvarda vəfat edib
İSLAM RZAEV 26 YANVARDA VƏFAT EDİB
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 