ONN İnformasiya Agentliyi

Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ - VİDEO

Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ - VİDEO
8-01-2018, 22:14


Yanvar ayının 8-i olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını deyirlər. İddialara görə, bəzi sayğaclarda hələ də yeni limit açılmayıb. Yəni 2017-ci ildə limiti keçən sayğaclarda hər kubmetr qaz sərfiyyatı üçün kartın balansından 20 qəpik silinir. Halbuki, hər bir abonentə yanvar ayının birindən yeni limit açılmalı idi.

ONN media-nın Xezerxeber.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı ''Azərqaz'' İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev deyib ki, bunun əsas səbəbi 2017-ci ildə karta yüklənən məbləğin hələ də bitməməsidir.

O ki qaldı mexaniki qaz sayğaclarında yeni limitin hansı qaydada açılması məsələsinə, İbrahim Kərbalıyev bildirib ki, artıq ölkə üzrə bütün mexaniki sayğacların yeni limitə keçməsi tam təmin olunub.

Qeyd edək ki, 2017-ci ildə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20%-i ayrılmış illik limiti keçib.

[embed]http://www.youtube.com/watch?v=RfH6_VvJ-xw[/embed]

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png