“Azəriqaz” İstehsalat Birliyinin yeni baş direktoru Ruslan Əliyev yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verib. ONN media xəbər verir ki, “Azəriqaz” rəhbəri tərəfindən vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığı, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etdiyi, həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq, belə bir qərar verildiyi bildirilir. Məlum olub ki, 2018-ci ildə sifariş verilən “İTRON” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi dayandırılıb. Və əvvəllər istifadə edilən, vətəndaşların fasiləsiz qaz təminatında problemə səbəb olmayan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul olunub. Mexaniki sayğacların xüsusiyyətinə görə, hər hansı texniki səbəbdən abonentlərin qaz təminatı dayandırılıb yenidən bərpa edildikdə, kartın bloka düşməsi kimi problem yaranmır. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov faktı təsdiqləyib. C.Səfərov bildirib ki, şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib: “Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq. Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik”.
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı



"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
"Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
Qaz limiti nə vaxt sıfırlanacaq?
"Azəriqaz"ın kartlarına niyə pul yükləmək olmur?
Qaz sayğacları nə vaxt sıfırlanacaq?
“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 