Bakıda bəzi smart-kart tipli qaz sayğacları mexaniki sayğaclarla dəyişdirilir. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib. Onun sözlərinə görə, dövlət yoxlanışı müddəti çatmış smart tipli sayğaclar mexaniki sayğaclarla dəyişdirilir: “Smart-kart tipli sayğacların dövlət yoxlanışı olduğu üçün qaydalara görə, 5 ildən bir əhali abonent qrupunda sayğaclar dövlət yoxlanışına gedir. Sənaye obyektlərində quraşdırılan və qeyri-əhali qrupunda olan sayğaclar isə dövlət yoxlanışına 3 ildən bir aparılır. Smart-kart tipli sayğac abonentin ünvanından çıxarılıbsa, yerinə mexaniki sayğaclar quraşdırılır. İlin əvvəlində də elan etmişdik ki, bu il vəsaitlərimizə yenidən baxmışıq və məlum oldu ki, smart-kart tipli sayğacların alışı bizə sərfəli deyil. Hesabladıqda məlum olur ki, valyutanın gündəlik məzənnələrindən asılı olaraq təqribən 3 dəfəyədək baha başa gəlir”. C.Səfərov qeyd edib ki, əhali arasında başa düşülməsin ki, bu, köhnə dövrün sayğaclarıdır: “Mexaniki sayğacların da yenisi alınır və Almaniyanın “Zenner” şirkətinin istehsalıdır. Heç kəs düşünməsin ki, smart-kart tipli sayğacların yerinə 5-10 il əvvəlki sayğaclar quraşdırılır. Tam yenidir və mexaniki sayğacın üstünlüyü ondan ibarətdir ki, onlayn ödəniş də həyata keçirmək mümkündür”. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, o vaxtlar insanlar ödəmə ilə bağlı bəzi problemlər yaşayırdılar: “Biz smart-kart tipli sayğacları alıb quraşdırdıq ki, insanlar tədricən buna alışsın. Artıq mexaniki sayğacda da ödəmə faizləri 100 faiz təşkil edir. Ona görə də biz böyük vəsait sərf etmədən mexaniki sayğaca üstünlük vermişik. Ancaq bu, o anlama gəlməsin ki, biz smart tipli sayğaclar almayacağıq. Smart-kart tipli sayğacların alışını bu il də davam etdirəcəyik. Ona görə ki, yeni tikilən yaşayış binalarında yalnız smart-tipli sayğacların qoyuluşu mümkündür. Mexaniki olsa, onun hər ay göstəricisinə baxmaq üçün biz abonenti narahat etmiş olarıq”.
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA



"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
"Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
"Azəriqaz"dan əhaliyə müraciət: Qaz pulu çox gəlir? - BELƏ EDİN...
Qaz limiti nə vaxt sıfırlanacaq?
"Azəriqaz"ın kartlarına niyə pul yükləmək olmur?
"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
Sərfiyyatı düz hesablamayan sayğaclarla bağlı RƏSMİ CAVAB
Əvvəlkindən çox fərqlənən yeni müasir smart qaz sayğacları gətirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 