"Yeni gətirilən sayğaclar da smart və mexaniki sayğaclardır. Artıq ən müasir smart sayğaclar Bakıya gətirilib və 200 ədədi sınaqdan keçirilib. Həmin sayğaclardan 30 min ədədini gətirmişik. Gələn ayın əvvəli əlavə olaraq 60 min smart sayğac Bakıya gətiriləcək". ONN media xəbər verir ki, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev trend-ə müsahibəsində deyib. Baş direktor bildirib ki, bundan sonra həmin sayğacların quraşdırılmasına başlanacaq: "Bu sayğaclar əvvəlkilərdən bir çox funksiyası ilə fərqlənir. Bu sayğaclara nəzarət və onun idarə edilməsi daha asandır. Həmin smart sayğaclarda əvvəlki sayğaclar kimi koda düşmə, bloklanma, kartın oxunmaması problemləri yoxdur". Ruslan Əliyevin sözlərinə görə, yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar isə sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək: "Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. Biz hər hansı ərazidə, hər hansı binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə, onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzarət etmək mümkün olacaq".
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...



"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
Əvvəlkindən çox fərqlənən yeni müasir smart qaz sayğacları gətirildi
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
"Azəriqaz"dan əhaliyə müraciət: Qaz pulu çox gəlir? - BELƏ EDİN...
"Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi?
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
Qaz limiti nə vaxt sıfırlanacaq?
"Azəriqaz" şəffaf sayğaclar quraşdırmağa başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 