20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyinin dəstəyi ilə bu ölkənin “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan “Cedar news” xəbər portalında məqalələr dərc edilib.
ONN media Axar.az-a istinadən xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücum edərək, çoxlu sayda dinc əhalini qətlə yetirdiyi bildirilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub.
Yazılarda o vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan çox insanın qətlə yetirildiyi, 700-dən çox insanın isə yaralandığı vurğulanıb. Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunub.
Məqalələrdə ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs olunub.
Eyni zamanda, Azərbaycan Respublikasının Livandakı səfirliyi tərəfindən Livan XİN və digər nazirliklərə, ictimai qurumlara, mətbuat vasitələrinə və ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərə 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.



TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Dmanisidə Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
XİN Ermənistanın 20 Yanvar hadisələri əleyhinə təbliğatına cavab verdi
20 yanvar Şəhidləri Belqradda da anıldı
Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Azərbaycanda 1 dəqiqəlik sükut oldu
Şanlı tariximizin qan yaddaşından - qanlı 20 yanvar faciəsi
Ermənistan XİN-in əsassız ittihamlarını rədd edirik - XİN
XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 