Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.
ONN media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirib.
Hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışılır. Dağlıq Qarabağla bağlı hesabatın bir hissəsində "tərəflər güzəştə getməyə tələsmirlər" deyilir.
ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.
Hesabata əsasən, Kreml postsovet məkanında öz təsirini daha da genişləndirəcək. Moskva bu məqsədlərlə "aqressiv və oportunist siyəsət" aparacaq.
Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair şərhlər Koutsun ABŞ Konqresi Senatının xüsusi Kəşfiyyat komitəsində dinləmələr üçün hazırlanan giriş nitqindəki mətnində əks olunub. Bu müntəzəm dinləmələrdə ABŞ milli təhlükəsizliyi üçün gözlənilən təhdidlər nəzərdən keçirilir. Kouts rəsmi olaraq bütün 16 ABŞ kəşfiyyat təşkilatının işinin koordinatoru hesab edilir.



ABŞ kəşfiyyatı Putinin PLANINI AÇIQLADI
ABŞ kəşfiyyatı Rusiyanı düşmən adlandırdı
ABŞ kəşfiyyatı: Bu ölkə bizim seçkilərə müdaxiləni davam etdirəcək
Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Havada təhlükəli yaxınlaşma: iki ölkə gərginlik içində
Putindən Qarabağla bağlı Bakının xeyrinə - Təklif
General-mayor İŞDƏN ÇIXARILDI
Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."
ATƏT-dən Qarabağla bağlı ÇAĞIRIŞ
Rusiya Azərbaycana raket kompleksi satmaqdan niyə imtina etdi?
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda İŞTİRAK ETDİ
Ermənistanın Qarabağla bağlı ŞOK TƏLƏBİ ÜZƏ ÇIXDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 