Fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.
APA-nın xəbərinə görə, sırf propaqanda xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov və digər bu kimi “müstəqil mütəxəssislər” iştirak ediblər.
Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət” şüarının əks olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.
Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.
Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri sayəsində tam iflasa uğrayıb.



Erməni təbliğat maşınına daha bir zərbə
Azərbaycanlı və erməni gənclər arasında İNSİDENT
Milli Məclisin deputatları İsrailə səfər edəcək
Brüsseldə izdihamlı Qarabağ mitinqindən GÖRÜNTÜLƏR
Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə ETİRAZ ETDİ
Ermənilər azərbaycanlılara hücum etdi - XƏSARƏT ALANLAR VAR
Haaqa şəhərində Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirilib
XİN-dən Paşinyana - ETİRAZ
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirdi
Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 