İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuyanlardan biri – İran vətəndaşı, Güney Azərbaycandan olduğu bildirilən Milard Vahid həbs edilib.
ONN media xəbər verir ki, bu barədə erməni mediası yazıb.
İddia edilib ki, ötən gün – 31 yanvarda İrəvanda avtobusların birində “ictimai asayişi pozan” şəxslə bağlı Erebuni polis şöbəsinə əməliyyat məlumatı daxil olub.
“Həmin şəxs ictimai asayişi kobud surətdə pozub, əhaliyə qarşı hörmətsizlik edib, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər nümayiş etdirib. Hadisə yerində polis müəyyən edib ki, bu əməli avtobusda olan İran vətəndaşı törədib və ona hörmətsiz davranışını dayandırması ilə bağlı xəbərdarlıq edilib, lakin o, davam edib və ictimai nəqliyyatda vətəndaşların ünvanına nalayiq sözlər deyib”, - məlumatda bildirilib.
Polisin açıqlamasına görə, İran vətəndaşı, 40 yaşlı Milard Vahid olduğu təsbit edilən şəxs onu nalayiq hərəkətlərdən çəkinməyə çağıran iki ermənini - 22 yaşlı Yuri B.-ni və 21 yaşlı Qagik A.-nı da döyüb.
Polis Vahidi saxlayıb və istintaq təcridxanasına yerləşdirib.
Erməni mediası saxlanılan iranlının bu yaxınlarda İrəvanın Respublika meydanında Azərbaycan mahnılarını qışqıranlardan biri olduğunu yazıb.
İstisna deyil ki, 30 dekabr 2024-cü ildə İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuduğuna görə izlənilən Milad Vahid növbəti dəfə Ermənistana gələrkən şərlənərək həbs edilib. Çünki onun 3 yanvarda İrana qayıtdığını Ermənistan MTX açıqlamışdı



Məktəbə sərxoş daxil olan şəxs həbs edildi
Model Razini döyən şəxs həbs edildi
İctimai asayişi pozan 2 nəfər saxlanıldı
Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı
Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib
Polis əməliyyat keçirdi - "Avtoş" yaxalandı
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
İran vətəndaşı Zəngəzurda qəzaya düşdü
Polis hər yerdə, hər an asayişin keşiyindədir
İranda bir gecədə 261 nəfər həbs edildi
Gədəbəydə avtoxuliqan HƏBS EDİLDİ
DİN bu gün baş verən insidentə münasibət bildirib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 