Qara dəniz akvatoriyası üzərində hərbi təyyarələrin intensiv uçuşları beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
ONN media xəbər verir ki, uçuş radarlarının məlumatlarına görə, Türkiyəyə məxsus ATR 72-600 sualtı qayıqlara qarşı müdafiə təyyarəsi dəniz üzərində patrul xidməti həyata keçirib.
Məlumata görə, Türkiyə vaxtı ilə saat 10.03-də havaya qalxan təyyarə təxminən bir saat sonra Bolqarıstan və Rumıniya sahillərinin qərb hissəsinə çatıb. Orada şərqdən qərbə və əks istiqamətdə uçuşlar edən təyyarənin saat 12.45 radələrində hələ də ərazidə patrul xidmətini davam etdirdiyi qeyd olunub.
Gərginlik təkcə Türkiyə təyyarəsi ilə məhdudlaşmır. Ötən gün İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream" təyyarəsinin də Qara dənizin qərbində, neytral sular üzərində dövrə vurduğu barədə məlumatlar yayılıb. TASS agentliyinin mənbəsinə görə, İsveçin Lincöpinq aerodromundan qalxan və bir neçə Avropa ölkəsinin hava məkanını keçən təyyarə 13 kilometrdən artıq yüksəklikdə saatlarla kəşfiyyat aparıb.
Mənbə qeyd edir ki, İsveç təyyarəsi artıq birinci dəfə deyil ki, bu zonada görünür. Bundan əvvəl isə ABŞ-ın patrul təyyarəsinin də Qara dəniz üzərində uçuş həyata keçirdiyi bildirilir
Qara dənizdə həyəcan: Türkiyə addımını atdı



Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
ABŞ və Rusiya arasında GƏRGİNLİK
ABŞ kəşfiyyat təyyarələri Rusiya sərhədində...
Havada TƏŞVİŞLİ ANLAR: iki ölkənin qırıcıları qarşı-qarşıya gəldi
Qara dəniz üzərində TƏHLÜKƏLİ ANLAR: Ukrayna və ABŞ təyyarələrini havaya qaldırdı
Qara dənizdə ABŞ və Rusiya döyüş təyyarələri arasında GƏRGİNLİK YAŞANDI
Türkiyə MN-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama
Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar yaşandı
Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır
ABŞ PUA-sı Rusiya sərhədinə yaxınlaşmağa cəhd etdi
Havada TƏHLÜKƏLİ ANLAR: 3 ölkənin hərbi təyyarələri üz-üzə
Qara dənizdə TƏHLÜKƏLİ ANLAR: Britaniya və Rusiya qırıcıları...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 