Qaraçaylar qəhrəman xalqdır, onlar uzun onilliklər boyu Qafqazı və buradakı xalqları əsarət altına almağa can atan rus çarlarının işğalçılıq siyasətinə qarşı şücaətlə vuruşublar.
1828-ci ildə böyük hərbi və əsgəri üstünlüyə malik olan ruslar qaraçayların tarixi torpaqlarının böyük bir hissəsini ələ keçirə biliblər. Həmin tarixdən 1862-ci ilə qədər qaraçaylar çərkəzlərlə birlikdə ruslara qarşı ölüm-dirim mücadiləsinə qalxıblar. 1864-cü ildə ruslar qaraçayların sonuncu silahlı istinad məntəqəsini ələ keçirəndən sonra qaraçay ailələrinin böyük bir qismi dədə torpaqlarını tərk edərək Türkiyə, Suriya, ABŞ və başqa ərazilərərə məcburi köç etdilər.
1917-ci il oktyabr bolşevik inqilabından sonra Qafqazdakı başqa xalqlar kimi qaraçaylar da qısa bir müddətə müstəqillik əldə etdilər. Lakin istiqlalın ömrü çox qısa oldu. Belə ki, bir müddət sonra Ağ ordu Qafqazdakı kiçik müstəqil dövlətləri qan içində boğdu. Ağ qvardiyaçı zabitlərinin dalınca bölgənin artıq “Qırmızı Qızıl Ordu” tərəfindən yeni, daha amansız, daha qəddar işğalı başlandı. Qaraçay-Balkar vilayəti Sovet dövlətinin tərkibinə daxil edildi. 1921-ci ildə Rusiya Fedderasiyasını tərkibində yaradılmış Dağlı Respublikasının tərkibində qaraçay və balkar mahalları da vardı. 1926-cı ildə mərkəzi Karaçayevck şəhəri olan Qaraçay muxtar vilayəti təşkil olundu. Çerkesk şəhəri mərkəz seçilməklə isə Çerkez mahalı yaradıldı, faktiki olarq qaraçay əhalisi bu iki inzibati ərazi arasında ikiyə bölündü.
1942-ci ildə alman qoşunları Qaraçay torpaqlarına daxil oldular. Almanlar Qaraçay ərazisində beş ay qaldılar. 1943-cü ilin yanvarında sovet qoşunları bu əraziləri almanlardan geri aldılar. Kreml qaraçayları almanlarla qarşı güclü müqavimmət göstərmədiyini bəhanə edərək 1943-cü il noyabrın 2-də qaraçay türkləri Stalinin əmri ilə zorla Orta Asyaya sürgün etdirildi. Bir gecənin içində 69267 min insanı yük qatarlarına dolduraraq soyuq qış ayında bütöv bir xaqlı sürgünə göndərərkən minlərlə qaraçaylı qoca, uşaq, xəstə dözülməz şərait üzündən elə yollardaca həlak oldu.
Sürgün edilən 69267 qaraçaylardan 53.9 faizi uşaq 28.1 faiz qadın 18 faizi yaşlı və invalidlər idi, çünki sürgün olunanların həmin zaman oğulları qardaşları ərləri alman faşistlərinə qarşı müharibədə döyüşürdülər. Sürgün zamanı 43247 nəfər dözülməz şərait üzündən yollarda həlak olub, onların əksəriyyəti uşaqlar idi
Kreml bütöv bir xalqı sürgünə göndərdiyi vaxtda 15000 nəfərdən artıq qaraçaylılar almanlara qarşı rəşadətlə döyüşürdülər. Onlar döyüşdüyü bir zamanda əsgərlərin anaları, bacıları, arvadları, uşaqları, ataları, qardaşları, doğmaları Kreml tərəfindən ölümə məhküm edilmişdirlər.
Sürgün illəri də olduqca ağır məhrumiyyətlə dolu idi. Qaraçay torpaqları sahibsiz qaldıqdan sonra həmin ərazilər əsasən Gürcüstanın inzibati ərazisinə verildi. Qaraçay torpaqlarında etnik svanlar daha sonralar ermənilər yerləşdirildi.
14 il sürgündə qaldıqdan sonra, nəhayət 1956-cı ildə başqa repressiya qurbanları kimi, qaraçay xalqına da bəraət verildi. Nəhayət 3 may 1957-ci ildən qaraçay türkləri öz dədə-baba torpaqlarına qayıtmağa başladılar. İndi hər il 3 may qaraçay türklərinin "Dirçəlişi Günü" kimi qeyd edilir.
"Turan Araşdırma Mərkəzi" İB-nin əməkdaşları Qaraçayların dirçəliş günü olan 3 mayda onlarla bir araya gələrək bayram əhval-ruhiyyəsində milli adət ənənələrini bir yerdə qeyd etmişlər.
Qaraçaylar haqqında bu yazını dünya şöhrətli rus yazıçısı Lev Nikolayeviç Tolstoyun sözləri ilə bitirmək istəyirəm: “Qaraçaylar Elbrusun ətəyində yaşayan sədaqətli, yaraşıqlı və cəsarətli insanları ilə fərqlənən azad xalqdır”.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="35007" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]



3 may Qaraçayların Dirçəlişi Günüdür
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla AÇIQLADI
Rusiya GİZLİNLƏRİ AÇDI: Türkiyə bu bölgə üçün HƏRƏKƏTƏ KEÇİR
Ölümün üzünə gülən körpə - Cavid İSMAYIL yazır
Qurtuluşun qutlu olsun, ƏRZURUM - Cavid İSMAYIL yazır
Türkiyənin yeni səfiri Fəxri xiyabanı ziyarət etdi
Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir! Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü
Erdjanik Abqaryan: ”Rusiya ermənilərə qarşı saymazlıq nümayiş etdirir”
Hayların Ön Qafqazda rus imperiya tarixi - adlı kitab çapdan çıxdı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 