“İranın nüvə sazişindən çıxışı ssenarisini istisna etmək olmaz”.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov “Valday” beynəlxalq diskusiya klubunda çıxışında deyib.
“Bütün bu vəziyyət yenidən çox yüksək dinamika qazanıb. Əgər sazişin qalan iştirakçıları İranı qane edən əsaslarda razılaşmasa, onun sazişdən çıxışı ssenarisini istisna etmək olmaz”, - rusiyalı diplomat bildirib.
Xatırladaq ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.
İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ nüvə razılaşmasını tərk edərsə, onu ciddi nəticələr gözləyir.
Dünən Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşü zamanı deyib ki, Rusiya, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya), İran və Çin İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyir.
Dünən həmçinin İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib ki, Tehran nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından (Almaniya, Fransa, Böyük Britaniya - red.) onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir.
Onun sözlərinə görə, İranın maraqlarının müdafiəsi və ABŞ-ın sazişdən çıxışına görə vurulmuş zərərlərin kompensasiyası üzrə lazımı zəmanətlərin verilməsi üçün Avropa ölkələrinin 45-60 gün vaxtı var. İranlı diplomat qeyd edib ki, sazişin Avropa iştirakçıları tələb edilən zəmanətləri sözügedən müddətdə verməsələr, İran məcburi qərarları qəbul etməli olacaq.



Lavrov iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdi
Lavrov və Zərifdən Qarabağ görüşü - BU TARİXDƏ
İrandan ABŞ-a uran XƏBƏRDARLIĞI
İran danışıqlar üçün 3 şərtini açıqladı
Lavrov Abdullahianla danışdı: Nələr müzakirə olundu?
İran nüvə sazişi barədə qərar verdi
Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda... - Rusiya XİN
İrandan ABŞ-ın qərarına - İLK REAKSİYA
ABŞ-dan İran açıqlaması: Tramp olmasaydı…
Lavrov və Abdullahiyan arasında mühüm müzakirə
İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI
Makron və Ruhani arasında telefonda danışdılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 