İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
“Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtlərsiz görüşməyə hazır olduğunu deyib. Ağ Evin başçısı bu haqda jurnalistlər qarşısında çıxışında bildirib.
“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, - ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqton nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. Tramp həm İran, həm də İranla ticarət aparan başqa ölkələr barəsində sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Lakin sazişin Avropa üzrə iştirakçıları – Fransa, Almaniya və İngiltərə bildirdilər ki, İranla sazişin şərtlərinə əvvəlki kimi riayət etmək niyyətindədir.



İrandan ABŞ-ın qərarına - İLK REAKSİYA
Tramp İran prezidenti ilə görüşməyə hazırdır
Tramp İrandan yeganə tələbini açıqladı
Ya savaş, ya pul…-İran ABŞ-dan 50 milyard dollar istədi
İranla bağlı ŞOK İDDİA
ABŞ İranın şərtlərini rədd etdi
Ruhani: Trampın gedişinə görə xoşbəxtik
Ruhani AÇIQLADI: Hazırıq
İranla nüvə müzakirələri dayandırıldı
Həsən Ruhanidən Trampa XƏBƏRDARLIQ
İran nüvə sazişindən çıxacaq? - RƏSMİ CAVAB
Xamenei: "İran ABŞ-la danışıqlar...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 